idman
Messi də 100-ə çatdı
İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında növbəti uğura imza atıb.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində bir komandanın heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. Argentinalı futbolçu ÇL-in 1/8 finalında İngiltərə çempionu "Çelsi" ilə baş tutan cavab matçında dubla imza atıb. Nəticədə o, bu turnirdə 100 qol həddinə çatan ikinci futbolçu kimi tarixə düşüb.
>Xatırladaq ki, ÇL-də ilk belə uğura "Real"ın hücumçusu Kristiano Ronaldo imza atıb.
XalqTV.com
RƏYLƏR