idman

Şəhriyar Məmmədyarov autsayderə qarşı

  • 14 Mar 2018
  • 268 baxış

Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

XalqTV.com apasport.az-a istinadən, bu gün keçiriləcək IV turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Uesli So ilə qarşılaşacaq.

Həmyerlimiz autsayder olan ABŞ təmsilçisinə qarşı ağ fiqurlarla oynayacaq. Məmmədyarov qalib gələcəyi halda, liderlər qrupundakı yerini möhkəmlədəcək. Çünki turnir cədvəlinin birincisi Vladimir Kramnikin Fabiano Karuana ilə görüşdə xal itirmək ehtimalı yüksəkdi.

İddiaçılar turniri - IV tur

Aleksandr Qrişuk (2767, Rusiya) - Liren Ding (2769, Çin)

>

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Uesli So (2799, ABŞ)

Vladimir Kramnik (2800, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)

Sergey Karyakin (2763, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)

Turnir cədvəli: Kramnik - 2,5; Məmmədyarov, Karuana - 2; Ding, Qrişuk - 1,5; Aronyan, Karyakin - 1; So - 0,5

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR