SAĞLAMLIQ

Qida borusu daralan xəstə riskə getdi

  • 10 Mar 2018
  • 378 baxış

Qida borusu yanığı nəticəsində qidalanması mümkün olmayan P.M. 8 ay ərzində müxtəlif tibb müəssisəsinə üz tutsa da, onu narahat edən xəstəliyə şəfa tapılmayıb. Həkimlər təcili əməliyyat aparılmasının vacibliyini bildirsələr də, onlardan heç biri bu ağır və məsuliyyətli işin altında girməyib. Həmin əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzində yerinə yetirilib.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzdən verilən məlumata görə, xəstə əvvəllər başqa xəstəxanalarda müalicə almasına baxmayaraq, qida borusunda yenidən problemlər yaranmağa başlayıb. Tədricən daralma baş verməsi nəticəsində qida qəbul etmək mümkün olmayıb. Müraciət etdiyi digər mərkəzlərdə xəstənin yaşamaq ehtimalının çox az olduğunu bildirsələr də, riskli olduğu üçün açıq əməliyyatdan imtina ediblər. Mərkəzin ümumi cərrahı Ilqar İsmayılov və döş qəfəsi cərrahı Elmar Məmmədovun birgə icra etdikləri əməliyyat uğurla nəticələnib.

>

Ümumi cərrah İlqar İsmayılov əməliyyatın mürəkkəbliyi barədə məlumat verərək deyib: "Xəstənin özəlliyi onda idi ki, qida borusundakı darlıq yuxarıdan - boyun hissəsindən başlanırdı. Cərrahi mürəkkəbliyi isə yemək borusunun plastikasının kəsilib çıxardılaraq mədə ilə əvəz olunması və mədənin boyuna çəkilməsi idi. Əməliyyat 3 bölgədə- qarın boşluğu, döş qəfəsi və boyunda aparılır. Həmin əməliyyatlar ciddi ağırlaşmalarla müşahidə olunur və xəstələrin əməliyyatətrafı dönəmlərdəki ölüm faizi çox yüksəkdir. Ona görə həmin xəstələri laparoskopik yolla əməliyyat apardıq, yəni endoskopik kəsik olmadan - qarın boşluğu açılmır, döş qəfəsində kəsik aparılmır, dəliklərdən endoskop vasitəsilə icra olunur, yemək borusu tamamilə kəsilib çıxarılır, mədədən yemək borusu düzəldilir və döş qəfəsindən çəkilərək boyuna birləşdirilir. Xəstə bir həftə ərzində sağalaraq evə buraxılır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO