idman
"Neftçi"nin futbolçusu "Top-10"da
Ölkə xaricində çıxış edən ən məhsuldar çilili futbolçuların siyahısı tərtib edilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, cədvəldə Azərbaycan Premyer Liqasında forma geyinən futbolçu da var.
"Neftçi"nin çilili oyunçusu İqnasio Errera ən yaxşılar arasına düşüb. Dövrələrarası fasilədə keçdiyi paytaxt klubunda 4 qol vuran legioner siyahıda 10-cu pilləni tutub. Bütün qollarını Premyer Liqada vuran İqnasio yarım mövsümə bu siyahıya düşməyi bacarıb.
"Top-10"a isə "Arsenal"ın çilili ulduzu Aleksis Sançes başçılıq edir. Onun hesabında 29 qol var. O, Premyer Liqada 24, kubokda 2, avrokuboklarda 3 dəfə fərqlənib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR