idman

\"Trabzonspor\"a transfer qadağası qoyuldu

  • 10 Mar 2018
  • 256 baxış

FİFA Türkiyənin "Trabzonspor" klubuna transfer qadağası qoyub.

XalqTV.com  "Report"a istinadən bildirir ki, komanda bir transfer pəncərəsi müddətində yeni futbolçular qeydiyyata ala bilməyəcək.

Buna "Trabzonspor"un Matuş Beronun transferinə görə Slovakiyanın "Trençin" klubuna pulu vaxtında ödəməməsi səbəbəb olub. Futbolçunun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir.

>

Hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR