idman

Avropa Liqası: 8 matçda 22 qol

  • 09 Mar 2018
  • 272 baxış

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılıb.

"Milan" doğma azarkeşləri önündə "Arsenal"ı qəbul edib. İtaliyada keçirilən qarşılaşmanın ilk hissəsində meydan sahiblərini 2 dəfə mərkəzə dəfət edən londonlular 1/4 finalın qapısını aralayıb.

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "Atletiko" ilk oyununu evdə keçirib. Madrid təmsilçisi Moskva "Lokomotiv"inin qapısından 3 cavabsız top keçirməklə, böyük üstünlük əldə edib.

Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya" gözlənilmədən doğma azarkeşləri önündə Avstriya "Zalsburq"una uduzub.

Avropa Liqasında mübarizə aparan Rusiyanın hər 3 klubu ilk görüşdə rəqibinə məğlub olub.

Ümumiyyətlə, 1/8 final mərhələsinin ilk qarşılaşmaları olduqca məhsuldar alınıb. Təsadüfi deyil ki, 8 görüşdə qapılara 22 top vurulub.

Avropa Liqası

1/8 final, ilk oyunlar

8 mart

"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:2

Qollar: Mxitaryan, 15; Remsi, 45+4

"Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya) - 3:0

Qollar: Saul, 22; Dieqo Kosta, 47; Koke, 90

>

"Borussiya" D. (Almaniya) - "Zalsburq" (Avstriya) - 1:2

Qollar: Şürrle, 62 - Berişa, 49, (pen.), 56

MOİK (Rusiya) - "Lion" (Fransa) - 0:1

Qol: Marselo, 68

"Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

Qollar: İmmobile, 54; Anderson, 62 - Tsiqankov, 52; Moraeş, 79

"Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya) - 2:1

Qollar: Bruma, 56; Verner, 77 - Krişito, 86

"Marsel" (Fransa) - "Atletik" (İspaniya) - 3:1

Qollar: Okampos, 1, 57; Paye, 14 - Aduriz, 45+3 (pen.)

"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 2:0

Qollar: Montero, 45+1, 49

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR