idman

Pandev Azərbaycan millisi ilə oyuna dəvət olundu

  • 08 Mar 2018
  • 283 baxış

Futbol üzrə Makedoniya yığmasının Finlandiya və Azərbaycanla yoxlama oyunları üçün heyəti açıqlanıb.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, baş məşqçi İqor Angelovski bu matçlar üçün 19 futbolçuya dəvət göndərib:

Qapıçılar: Stole Dimitrievski ("Ximnastik"), Deyan İliyev ("Arsenal");

Müdafiəçilər: Stefan Ristovski ("Sportinq"), Qoko Zaykov ("Şarlerua"), Kristian Toşevski, Darko Velkovski (hər ikisi "Vardar"), Kire Ristevski ("Vasas"), Visar Muslui ("Şkendiya");

>

Yarımmüdafiəçilər: Ariyan Ademi ("Dinamo" Zaqreb), Enis Bardi ("Levante"), Stefan Spirovski ("Ferensvaroş"), Boban Nikov ("Videoton"), Ezgyan Alioski ("Lids Yunayted"), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya");

Hücumçular: Qoran Pandev ("Cenoa"), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi "Palermo"), İvan Triçkovski (AEK).

Qeyd edək ki, Makedoniya yığması martın 23-də Finlandiya, bundan 4 gün sonra isə Azərbaycan millisi ilə qarşılaşacaq. Hər iki oyun Antalyada baş tutacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR