idman

İspaniyanın ən qədim klubu 1 avroya satılır

  • 07 Mar 2018
  • 270 baxış

İspaniyanın "Rekrativo" klubu müflis elan edilib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu barədə "AS" nəşri xəbər yayıb.

Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə "Eurosamop" şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.

>

Maraqlıdı ki, "Rekreativo" İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - "Barselona"dan 10, "Real"dan isə 13 il əvvəl yaradılıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR