idman
Sakki: \"PSJ sadəcə futbolçular yığınıdır\"
İtaliyanın tanınmış məşqçisi Arriqo Sakki Çempionlar Liqasının 1/8 finalında baş tutan PSJ - "Real" (1:2) oyunu barədə fikirlərini bölüşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəsis Paris klubunun zəif olduğunu bildirib.
>"Real" çox zəif rəqibə qarşı oynayırdı. PSJ sadəcə futbolçular yığınıdır. "Oyun" sözü mücərrəddir, onu təsvir etmək çətindir. Amma nəticəni məhz oyun gətirdi. İdeyaları pulla almaq mümkün deyil. PSJ-də çox şey çatışmır. Emeri çox yaxşı məşqçidir. Ona baxışlarını bölüşən klub və azarkeşlərin dəstəyi lazımdır. Avrokuboklarda tək psixologiya yox, oynamaq da lazımdır. Oyun filmin ssenarisi, musiqinin melodiyasıdır".
XalqTV.com
RƏYLƏR