idman

Ronaldu Çempionlar Liqasında ikinci oldu

  • 07 Mar 2018
  • 289 baxış

"Real Madrid" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu mövsüm futbol üzrə Çempionlar Liqasında 12-ci qolunu vurub.

XalqTV.com report-a istinadən xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində fərqlənib.

>

Portuqaliyalı turnirin ardıcıl olaraq doqquz oyununda minimum bir qola imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında "Mançester Yunayted"in sabiq forvardı Rud Van Nistelroy (2002/03-cü illər mövsümü) fərqlənmişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR