idman

"Traxtor" ÇL-da ilk qələbəsini qazandı

  • 06 Mar 2018
  • 1166 baxış

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traxtor" də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 0:0.

Xatırladaq ki, "Trakctor" ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Əhli"yə 0:1, ikinci turda isə səfərdə Qətərin "Əl-Qarafa" klubuna uduzmuşdu - 0:3.

>

A qrupunda yer alan "Traxtor" hazırda 1 xalla sonuncudu. Təbriz təmsilçisi növbəti matçını martın 13-də yenə "Əl-Cəzirə"yə qarşı keçirəcək. Həmin oyun Cənubi Azərbaycanın paytaxtında baş tutacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR