idman

Ramires qayıtmaq istəyir

  • 06 Mar 2018
  • 284 baxış

Karyerasını Çinin "Yanqsu Suninq" klubunda davam etdirən Ramires keçmiş klubu "Çelsi"yə qayıtmağın əleyhinə deyil.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı havbek UOL agentliyinə açıqlamasında bunları deyib:

"Ötən qış "İnter"ə keçəcəyimlə bağlı çoxsaylı söz-söhbətlər ortaya çıxmışdı. Konkret heç nə yox idi. "İnter" böyük klub olsa da, hazırda "Yanqsu" barədə düşünürəm. "Çelsi"yə hər zaman xüsusi münasibətim olub. Bilirəm ki, "Stamford Bridge"in qapıları üzümə açıqdır. Karyeramı bitirənə qədər o klubda yenə oynamaq istərəm".

>

Santos Ramires 2010-16-cı illərdə "zadəganlar"ın şərəfini qorumuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR