idman
Kipr mətbuatından Araz Abdullayevə yüksək qiymət
Kipr mətbuatı "Anortosis"in azərbaycanlı futbolçusu Araz Abdullayevdən yazıb.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, "SuperSport" saytı ölkə çempionatının son turunun AEK-lə matçında qol vuran həmyerlimizin oyununu yüksək qiymətləndirib:
"Araz uzun müddətdən sonra ilk qolunu vurdu. Çox yaxşı oyun keçirdi və bəzi komanda yoldaşlarından fərqli olaraq, yüksək qiymətə layiq görüldü. Digər futbolçular da onun kimi öz üzərlərində çox işləməlidirlər".
>Qeyd edək ki, AEK - "Anortosis" oyunu 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmada hesabı 33-cü dəqiqədə məhz Abdullayev açıb.
XalqTV.com
RƏYLƏR