idman

Simeone: \"Messi \"Atletiko\"da oynasaydı...\"

  • 05 Mar 2018
  • 265 baxış

İspaniya La Liqasının 27-ci turunda səfərdə "Barselona"ya uduzan (0:1) "Atletiko"nun baş məşqçisi Dieqo Simeone oyunla bağlı fikirlərini bildirib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis La Liqada "Barselona" və "Real" kimi komandalarla mübarizə aparmağın çox çətin olduğunu deyib. O, həmçinin Kataloniya təmsilçisinin hücumçusu Lionel Messinin oyununu xüsusi vurğulayıb:

"Messi kimi xüsusi futbolçu "Atletiko"da oynasaydı, bu oyunda 1:0 hesabıyla qalib gələrdik.

"Barselona" və "Real" 14 ildi La Liqada hegemonluq edirlər. Bir dəfə mümkünsüz olanı bacardıq, lakin bunu təkrarlamaq çox çətindi.

>

"Barselona"nın 4-4-2 taktikasından istifadə edərək, güclü müdafiə olunmasını xoşlayıram. Ernesto Valverdenin ("Barsa"nın baş məşqçisi) gördüyü işi sevirəm".

Xatırladaq ki, "Barsa" "Atletiko"nu Lionel Messinin cərimə zərbəsindən vurduğu qolla məğlub edib. Bu matçdan sonra lider "Barselona" ilə ən yaxın izləyicisi olan "Atletiko" arasındakı xal fərqi 8-ə çatıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR