idman
Təbriz klubunda yeni məşqçi - FOTO
Təbrizin "Traktorsazi" klubu yeni məşqçisinin adına aydınlıq gəlib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "qırmızı qurdlar"ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq.
Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbildə dünyaya gəlib. Futbolçu olduğu zaman müdafiəçi olan 46 yaşlı mütəxəssis, baş məşqçi kimi "Persepolis", "Zob Ahan", "Neft Tehran" kimi komandaları çalışdırıb. O, "Zob Ahan"ın "sükanı arxasında" iki dəfə İran kubokunu qazanıb, bir dəfə isə ölkə superkubokuna yiyələnib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR