Hadisə

Dağlıq ərazidə meyiti tapılan gəncin öldürüldüyü məlum oldu

  • 05 Mar 2018
  • 2116 baxış

Şabranda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.                                                                                                          Xalqtv.com APA-ya istinadən xəbər verir ki, martın 3-də Şabran rayonu, Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan, 2000-ci il təvəllüdlü Elton Siyasət oğlu Əzimovun üzərində zorakılıq əlamətləri aşkar edilib. Qətlin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, E. Əzimov fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR