idman
"Qəbələ"də iki, "Səbail"də bir itki
Azərbaycan Premyer Liqasının XVIII turunda üç futbolçu cəzalı duruma düşüb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, onlardan biri qırmızı, ikisi sarı vərəqə üzündən növbəti matçı buraxmalı olacaq.
Ən böyük itki ilə "Qəbələ" üzləşib. Əyalət komandası Vojislav Stankoviçlə Yusif Nəbiyevin xidmətindən məhrum olub. Sonuncu "Neftçi" ilə görüşdə meydandan qovulubsa, serbiyalı mövsümdə 4-cü sarı vərəqəsini alıb. Onların hər ikisi "Kəpəz"lə səfər qarşılaşmasında istirahət edəcək.
>Gəncə klubu ilə görüşdə sarı vərəqə alan Maudo Jarjue isə "Səbail"in yeganə itkisidir. O, "Sumqayıt"la matçda oynaya bilməyəcək.
XalqTV.com
RƏYLƏR