Anri Qvardiola haqqında danışıb
"Arsenal" və "Barselona"nın sabiq hücumçusu Tyerri Anri Xosep Qvardiola haqqında fikirlərini bölüşüb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı ekspert onun çox diqqətcil olduğunu qeyd edib.
"Qvardiolanın rəhbərliyi altında 30 yaşımda yenidən futbol oynamağı öyrəndim. Klub və milli karyeramda çatdığım səviyyədən sonra oyunu başqa cür görməyə başladım. Mövqe mübarzəsi, dar sahədə oynamaq, meydanda var güclə çalışmaq aspektlərini başa düşdüm. Pepi həddən artıq ağıllı adlandırmaq olar. Bu, hərdən bəzi problemlərə yol açır. O, hər şeyi o qədər aydın görür ki, 1 hissə ərzində taktikanı 5 dəfə dəyişə bilər. Xırdalıqları diqqətdən buraxmamaq baxımından Qvardiolanın misli-bərabəri yoxdur. Məsələn, təsəvvür edin ki, sizi Londona dəvət edirəm. Amma ünvan vermirəm. Qvardiola belə deyil. O, ünvanı, avtomobili, GPS-i və qalan şeyləri dəqiqləşdirəcək".
XalqTV.com
>