idman
Arazın qolu \"Anorthosis\"ə xal qazandırdı
Kipr çempionatında 27-ci turun oyunları keçirilir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anorthosis" səfərdə "AEK Larnaca" ilə qarşılaşıb. Həmyerlimizin hesabı açdığı oyunda komandası 2:2 hesablı heç-heçəyə razılaşıb. Araz 74-cü dəqiqə meydanda olub və Abubakar Kamara ilə əvəzlənib.
3 mart
AEK Larnaca - Anorthosis - 2:2
>Xorxe Larena pen. 58, Apostolos Yannu 60 - Araz Abdullayev 32, Mixal Duris 78
Bu nəticədən sonra aktivindəki xalların sayını 56-ya çatdıran Famaqusta təmsilçisi ilk "altılıq"da 3-cü yerdə qərarlaşıb.
XalqTV.com
RƏYLƏR