\"Neftçi\" Qəbələ səfərində, \"Zirə\" \"Keşlə\"yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
XalqTV.com-ın apasport.az-a istinadən məlumatına görə, baş tutacaq iki görüşün biri əyalətdə, digəri paytaxtda oynanılacaq.
Turun ikinci günü Qəbələdə başlayacaq. Meydan sahibləri "Neftçi"ni sınağa çəkəcək. Liderlə xal fərqinin daha da artmaması üçün meydanı xal itirmədən tərk etməyə borclu olan Roman Qriqorçukun yetirmələri mövsümdə 3-cü dəfə rəqibini yenməlidi. "Qırmızı-qaralar"a xal itkisi 2-ci yeri itirmək bahasına başa gələ bilər. Son iki görüşdə qalib gələ bilməyən Tərlan Əhmədovun komandası isə ilk "dördlüy"ə yaxınlaşmaq üçün mübarizə aparacaq.
Tura paytaxt derbisi ilə yekun vurulacaq. Bakıda keçirilən yeganə qarşılaşmada "Zirə" "Keşlə"ni sınağa çəkəcək. 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı qırmağa, bununla da 2-ci pillədən uzaq düşmək təhlükəsindən qurtulmalıdı. Son 10 görüşdə meydanı qolsuz tərk etməyən zirəlilərin rəqibi bu il keçirdiyi bütün matçlarda qol sevinci yaşayıb. Son günlər istefası da müzakirə mövzusu olan Yuri Maksimovun postunda möhkəmlənmək üçün yetirmələrinin qələbə qazanması zəruridi.
Azərbaycan Premyer Liqası
XVIII tur
4 mart (bazar)
15:30. "Qəbələ" - "Neftçi"
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu
18:00. "Zirə" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
1 | Qarabağ | 18 | 14 | 3 | 1 | 28-7 | 45 |
2 | Qəbələ | 17 | 11 | 2 | 4 | 31-17 | 35 |
3 | Zirə | 17 | 9 | 5 | 3 | 26-15 | 32 > |
4 | Sumqayıt | 18 | 8 | 4 | 6 | 23-20 | 28 |
5 | Neftçi | 17 | 6 | 2 | 9 | 19-19 | 20 |
6 | Səbail | 18 | 5 | 2 | 11 | 13-26 | 17 |
7 | Keşlə | 17 | 3 | 3 | 11 | 12-27 | 12 |
8 | Kəpəz | 18 | 3 | 1 | 14 | 12-33 | 10 |
XalqTV.com