Siyasət

Rusiyalı nazir Azərbaycana səfər edəcək

  • 02 Mar 2018
  • 1250 baxış

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Azərbaycana səfər edəcək.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir özü "Moskva-Bakı" portalına müsahibəsində deyib.

M.Oreşkin qeyd edib ki, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri aktiv inkişaf edir: "Hazırda biz Azərbaycanla bu istiqamətdə əlaqələrin gücləndirilməsinə imkan verəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər bizim üçün çox mühümdür".

Nazir bildirib ki, Azərbaycan və Rusiyanın gündəliyi genişdir, bir çox layihələr var: "Hələ bu barədə danışmayaq, mənim Bakıya səfərimi gözləyək".

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR