idman

İtaliya kubokunda ilk finalçı məlum olub

  • 28 Feb 2018
  • 286 baxış

İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, kubokun son qalibi "Yuventus" yenidən həlledici matça vəsiqə əldə edib.

"Qoca sinyora" yarımfinal mərhələsində "Atalanta" üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər. Bununla "Yuve" mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq final görüşündə iştirak hüququ əldə edib.

İtaliya kuboku

Yarımfinal (cavab oyunu)

>

"Yuventus" - "Atalanta" - 1:0

Qol: Pyaniç, 75 (pen.)

İlk oyun - 1:0

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR