idman

\"Barselona\"nın Arda Turan planı üzə çıxdı

  • 28 Feb 2018
  • 309 baxış

"Başakşəhər"ə icarəyə verilən Arda Turanın "Barselona" ilə müqaviləsindəki bir maddə üzə çıxıb.

XalqTV.com fanat.az-a istinadən xəbər verir ki, həmin maddəyə əsasən Kataloniya klubu mövsümün sonunda türk futbolçunu istədiyi kluba sata bilər. Bunun qarşısını almaq üçün "Başakşəhər"lə imzalanan müqavilədə heç bir maddə yoxdu.

>

Qeyd edək ki, "Başakşəhər" qış fasiləsində Ardanı 2,5 illik icarəyə götürüb. Türkiyə klubu futbolçuya bu mövsüm üçün 2, qarşıdakı 2 mövsüm üçün isə 4 milyon avro maaş və bonuslar verəcək. "Barselona" gələn mövsüm başqa bir kluba satsa, transfer haqqının 20, sonrakı mövsüm satacağı halda isə 25 faizini "Başakşəhər"ə verəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR