idman

"Luis Suares cəzalandırılmalıdır"

  • 28 Feb 2018
  • 1133 baxış

İspaniya Premyer Liqasının prezidenti Xavyer Tebas "Barselona"nın hücumçusu Luis Suaresin cəzalandırılmasını istəyir. Uruqvaylı forvard Primeranın 25-ci turunda "Girona"ya qarşı oyunda (6:1) qəsdən sarı vərəqə almaqda ittiham olunur. Futbolçu "Las Palmas"la oyunu buraxıb "Atletiko" ilə matçda oynamaq istəyirmiş. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Tebas bunları deyib:

"Luis Suares diskvalifikasiya almaq üçün qəsdən çalışdığına görə cəzalandırılmalıdır. O, mövsümdə 5-ci sarı vərəqəsini alsaydı, "Atletiko" ilə matçda oynayacaqdı. Belə şeyi çempionatda görmək istəmirik. Əlimdən gələni edəcəm ki, dələduzluq futbolu və Primeranı korlamasın".

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR