Şou Bİznes

Sevgilisini döyən 56 yaşlı aktrisa həbs edildi

  • 28 Feb 2018
  • 1446 baxış

56 yaşlı aktrisa Hizer Loklir Kaliforniya polisi tərəfindən həbs edilib.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, aktrisa məişət zorakılığı, sevgilisini döymə və polisə hücum etmə maddələri ilə ittiham olunub. Polisin bildirdiyinə görə, Loklirin evindən gələn zəngdən sonra onun evinə gedən dəstə aktrisanın sevgilisini döydüyünü görüb. Polis Hizeri bölməyə aparmaq istəsə də, o, müqavimət göstərib və onları yumruqlayıb. Zorla aparılan Loklir ifadə verdikdən sonra 20 min dollar qarşılığında azadlığa buraxılıb.

>

Aktrisa jurnalistlərə açıqlamasında polisin gəlişi zamanı travma aldığını və bu səbəbdən əvvəlcə xəstəxanaya sonra həbsxanaya getdiyini bildirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR