idman

Buffon ən güclü italyan futbolçulardan danışıb

  • 28 Feb 2018
  • 280 baxış

"Yuventus"un qapıçısı Canluici Buffon son 20-30 ildə ən güclü italyan futbolçularını açıqlayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper yerli mətbuata müsahibəsində bu mövzuya toxunub.

>

"Françesko Tottini İtaliyanın U-15 yığmasında çıxış etdiyi vaxtlardan tanıyıram. Onunla 25 il ərzində birlikdə oynamışıq və xüsusi anları bölüşmüşük. Qeyri-adi nəsə demək istəmirəm. Amma Totti, Del Piero, Pirlo və Badco son 25-30 ildə İtaliyanın ən istedadlı futbolçularından biridir. Əlbəttə, söhbət hücumameyilli futbolçulardan gedir. Əks halda, Maldini, Nesta, Kannavaro və başqalarını da qeyd edərdim".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR