idman

\"Atletiko\"nun 2 oyunçusu Çin klubuna keçdi

  • 27 Feb 2018
  • 287 baxış

"Atletiko Madrid"in 2 futbolçusu - Nikolas Qaytan və Yannik Ferreyra Karrasko karyerasını Çində davam etdirəcək.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onlar "Dalyan Yifanq" klubu ilə anlaşıb. Yeni klubunda 30 yaşlı Qaytan 18, 24 yaşlı Karrasko isə 30 milyon avro məvacib alacaq.

Karrasko "Atletiko"nun heyətində 124 oyuna 23 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. Qaytan isə Madrid klubunda 49 oyun keçirib.

>

"Dalyan Yifanq"da yeni macəra başlamağa qərar verdim. Çin çempionatı çiçəklənir, iş şəraiti əladır, azarkeş və futbolçular üçün müasir infrastruktur yaradılıb. Çempionatın səviyyəsi ildən-ilə yüksəlir. Klubun həyata keçirdiyi layihə mənə qarşı güvən və hörmətin əlamətidir. Halk, Lavezzi, Vitsellə birlikdə Çin futbolunun inkişafı üçün əlimdən gələni edəcəm" - belçika millisinin üzvü transferinin səbəbləri haqqında danışarkən qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR