idman

Baqali Dabo \"100-lüy\"ün bir addımlığında

  • 27 Feb 2018
  • 98949 baxış

Avropa ölkələrinin milli çempionatlarının yüksək liqalarında ən çox qol vuranların siyahısı açıqlanıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, siyahıda 250 futbolçu yer alıb.

Üçhakimiyyətliliyin hökm sürdüyü cədvəlin zirvəsində braziliyalı Conasla ("Benfika"), estoniyalılar Rauno Sappinen ("Flora") və Albert Prosa ("Tallinn") qərarlaşıb.

>

Azərbaycan Premyer Liqasının ən yaxşı bombardiri Baqali Dabonu ilk "100-lük"dən bir qol ayırır. Hazırda 11 qolla 105-120-ci yerləri bölüşən 16 oyunçudan biri olan "Qəbələ"nin forvardinın şərikləri arasında Edin Dzeko, Antuan Qrizmann, Eden Azar kimi ulduzlar da var. Dabo hesabını 1 top artırsa, "100-lüy"ə daxil olacaq və 91-104-cü yerlərə şərik çıxacaq.

"Qarabağ"ın gənc hücumçusu Mahir Mədətov da "250-lik"də yer alıb. Hesabında 8 qol olan futbolçu 203-220-ci yerləri bölüşür. Onun şərikləri sırasında Riyad Mahrez, Arits Aduris, Aleksis Sançes, Karlos Bakka kimi ulduzlar var.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR