Hadisə

Zəncirvari qəza 23 yaşlı gənci xəstəxanalıq etdi - VİDEO - FOTO

  • 27 Feb 2018
  • 1418 baxış

Gəncənin Nizami Gəncəvi prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Xalqtv.com istinadla xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından şəhərə hərəkət edən "Lexus" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı maşınla toqquşub.

Zərbənin gücündən "Lexus" və "VAZ 2107" yolun kənarında dayanan "VAZ 2106" və  "VAZ 2107" markalı avtomobillərə dəyib. Qəza zamanı "VAZ 2107"də olan Tovuzun Vahidli kənd sakini 23 yaşlı Səbail Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardim Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR