idman
Argentina özünə rəqib tapdı
Argentina yığması DÇ-2018-dən öncə yoldaşlıq oyunu keçirəcək. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi artıq özünə rəqib tapıb.
Lionel Messi və komanda yoldaşları İsrail millisi ilə üz-zə gələcəklər. İyunun 9-da keçiriləcək qarşılaşma Təl-Əviv şəhərində baş tutacaq.
Bu görüş Argentinanın mundialöncəsi sonuncu sınaq matçı olacaq.
>Qeyd edək ki, argentinalılar DÇ-2018-də İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birlikdə D qrupunda yarışacaq.
XalqTV.com
RƏYLƏR