idman

\"Atletiko\" iki futbolçusunu satdı

  • 26 Feb 2018
  • 309 baxış

"Atletiko" iki futbolçusunu Çin klubuna satıb. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, söhbət Yannik Karrasko və Nikolas Qaytandan gedir.

Madrid təmsilçisi həm belçikalı, həm də argentinalı yarımmüdafiəçinin "Dalyan İfan" klubuna keçidi ilə bağlı çinlilərlə razılığa gəlib. "Atletiko" məlumatı rəsmi saytı vasitəsilə yayıb.

>

Qeyd edək ki, 30 yaşlı Qaytan "Atletiko"ya 2016-cı ildə keçib. 24 yaşlı Karrasko isə 2015-ci ildə Madrid klubuna transfer olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR