\"\"Real\" PSJ-yə sakitcə qalib gələcək\"
"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında PSJ ilə "Real" arasında keçiriləcək cavab qarşılaşması barədə proqnoz verib.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Aquero "Real"ın qalib gələcəyini iddia edib. O, belə iddianı "kral klubu"nun böyük təcrübəsinə əsaslanaraq irəli sürüb:
"Hesab edirəm ki, "Real" sakitcə PSJ-yə qalib gəlib 1/4 finala adlayacaq. Onların 2 top üstünlüyü var. Üstəlik, səfərdə "Real"ın qol vurmaq üçün həmişə şansı olur.
>Əgər qonaqlar bir qol vursa, onda hər şey bəlli olacaq. "Real" Çempionlar Liqasında böyük təcrübəyə malikdi və sakit tərzdə növbəti mərhələyə adlayacaq".
"Kral klubu" Madriddə keçirilən ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması martın 6-da keçiriləcək.
XalqTV.com