İqtisadiyyat
Bu ölkədən Bakıya birbaşa aviareyslər olacaq
Bəhreynin "Gulf Air" aviaşirkəti Bakıya birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu il aviaşirkət öz fəaliyyət dairəsini genişləndirməyi və yeni istiqamətlərdə uçuşlar həyata keçirməyi nəzərdə tutur.
Bildirilir ki, istiqamətlərdən biri də Bakı şəhəridir.
>Qeyd edək ki, Bəhreynin milli aviadaşıyıcısı "Gulf Air" 1950-ci ildən uçuşlar həyata keçirir. Hazırda şirkət 24 ölkədə 43 məntəqədə xidmət göstərir.
XalqTV.com
RƏYLƏR