idman
La Liqa klubu Emenikeni geri göndərməyə çalışır
İspaniya La Liqasında qalmaq uğrunda mübarizə aparan "Las Palmas" yanvarda "Olympiacos"dan icarəyə götürdüyü Emmanuel Emenikeni geri göndərməyə çalışır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, nigeriyalı hücumçunun sağ dizindəki problemin böyüməsi klubu narahat edir. Emenikenin artıq çəkisi də "Las Palmas"ı düşünməyə vadar edib. Klub hələ məşlərə belə çıxmamış futbolçuya görə əlavə xərc istəmədiyindən onun getməsini istəyir. Tərəflər razılıq əldə etsə, icarə müqaviləsi qarşılqlı razılıq əsasında pozulacaq. Emenike bu mövsüm "Olympiacos"un heyətində də cəmi 10 oyuna çıxmışdı.
XalqTV.com
>RƏYLƏR