Hadisə

İtaliyada Sibir siklonu həyatı iflic etdi

  • 26 Feb 2018
  • 1122 baxış

İtaliyada ərazisində kəskin hava şəraiti məktəblərin bağlanmasına, eləcə də digər ciddi problemlərə səbəb olub.


Xalqtv.com  Trend-ə istinadən xəbər verir ki, paytaxt Romada 5 santimetr hündürlüyündə qar yağıb.

Şəhərdə məktəblər bağlanıb. Yollarda ləngimələr müşahidə olunur. Hava limanlarında reyslərin gecikdiyi barədə məlumat verilib.

Qeyd edək ki, sonuncu dəfə Romada güclü qarın 2012-ci ilin fevralında yağdığı bildirilir.

Bundan başqa, Sibir siklonu İtaliyanın digər bölgələrində də kommunal xidmətlərin işində çətinliklər yaradıb.

Ölkənin şimalındakı Pyemont vilayətində havanın temperaturu mənfi 16 dərəcəyədək çatıb.

Kəskin hava şəraitinin yaxın 2-3 gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR