Axundov və “Sumqayıt” - Penalti rekordları
Azərbaycan Premyer Liqasının XVII turu "Keşlə" - "Sumqayıt" oyununda erkən penaltinin təyin olunması ilə diqqət çəkib.
Xalqtv.com apasport.az-a istinadən xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn qonaqlar artıq 2-ci dəqiqədə 11 metrlik zərbə yerinə yetirib.
Tural Axundovun penaltidən dəqiq istifadə edib. Bunadək mövsümün ən erkən penaltisi Adrian Popoviçinin hesabındaydı. "Səbail"in futbolçusu "Kəpəz"lə matçın 5-ci dəqiqəsində 11 metrlik nöqtədən dəqiq olmuşdu.
Lakin "İnter Arena"dakı penalti təkcə erkən təyin olunması ilə əlamətdar deyil. Belə ki, həm "Sumqayıt", həm də zərbənin müəllifi Axundov mövsümün rekordlarına imza atıb.
Məsələ ondadı ki, "Gənclik şəhəri" təmsilçisi 17 oyunda 4-cü dəfə bu yolla qol sevinci yaşayıb. Bununla da sumqayıtlılar "Qəbələ"ni arxada qoyub. Ümumilikdə mövsümün 14 penaltisindən 12-si dəqiq olub ki, Premyer Liqanın 8 komandasından 7-si belə imkan qazanıb. Yalnız "Neftçi" penalti vurmayıb.
Penalti vuran komandalar: "Sumqayıt" - 4, "Qəbələ" - 3, "Kəpəz" - 2, "Zirə" - 2 (1-i qeyri dəqiq), "Səbail", "Qarabağ" - 1, "Keşlə" - 1 (1).
"Sumqayıt"ın 4 dəqiq penaltisindən üçü Turalın hesaabındadı. Son illər oynadığı klubların ştat üzrə penalti vuran futbolçusu olan Axundov cari mövsümdə hamıdan çox belə şans qazanıb. Bu turadək şəriki olan Kərim Diniyevi arxada qoyub. Sonuncu "Kəpəz"də oynadığı vaxt 2 dəfə 11 metrlikdən fərqlənib. Düzdü, "Qəbələ"nin də hesabında 3 penalti var. Lakin bu komandada hər zərbəni bir oyunçu yerinə yetirib. Bu üzdən də Turalla Kərimdən başqa heç kim 1-dən artıq penalti vurmayıb.
Şansı qaçıranlar isə "Zirə"də Riçard Qadze və "Keşlə"də Pərdis Fərcad-Azaddı. Maraqlıdı ki, onların hər ikisi "Səbail"lə görüşdə buna üzülüb. Premyer Liqanın debütantı və qapıçısı Emil Balayev penaltidən qola üzülməyən yeganə komandadı. Ən çox cəzalanan isə "Neftçi"di. "Ağ-qaralar" 4 dəfə 11 metrlikdən qol buraxıb. Qapısına belə zərbə təyin olunmayan yeganə komanda "Qarabağ"dı.
Penalti ilə cəzalanan komandalar: "Neftçi" - 4, "Səbail" - 3 (2), "Keşlə", "Qəbələ" - 2, "Kəpəz", "Sumqayıt", "Zirə" - 1