Hadisə

25 yaşlı oğlana 3 bıçaq zərbəsi vurdular

  • 26 Feb 2018
  • 1302 baxış

Sabirabad rayonunda 25 yaşlı oğlan bıçaqlanıb.

Xalqtv.com APA-ya istinadən xəbər verir ki, ötən gecə rayonunun Qalağayın kənd sakini, 1993-cü il təvəllüdlü Tarverdiyev Allahverdi Rəhim oğlu 3 bıçaq yarası ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib. O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR