Renat Dadaşovun qolu "Ayntraxt"ı xilas etmədi
Almaniyanın "Ayntraxt" klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, frankfurtlular 19-cu tur çərçivəsində səfərdə "Qroyter"lə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.
"Ayntraxt"da çıxış edən milli komandamızın forvardı Renat Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dadaşov 32-ci dəqiqədə hesabı 2:1 edərək komandasını hesabda önə keçirən qola imza atıb. Lakin qalan dəqiqələrdə frankfurtlular daha iki qol buraxaraq meydanı məğlub tərk ediblər. Renat bu oyunda sarı vərəqə ilə də cəzalanıb.
>17 matçdan sonra aktivində 19 xal olan "Ayntraxt" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
XalqTV.com