idman

Hind kinosunun əfsanəsi vəfat etdi - FOTO

  • 26 Feb 2018
  • 934 baxış

Hindistan kinematoqrafiyasının ən məşhur aktrisası, 54 yaşlı Bollivud ulduzu Şridevi vəfat edib.

O, əri, tanınmış prodüser Bnr Kapur və kiçik qızı ilə birlikdə toya yollandığı Dubayda dünyasını dəyişib.

XalqTV.com NDTV-yə istinadən bildirir ki, 4 yaşında kinolentlərə çəkilməyə başlamış Şridevi 1970-ci illərin sonlarında yetkinlik yaşına çataraq "böyük" rollarda debüt etmişdi. 265 filmə çəkilən Şridevi 1997-ci ildə ekranlardan uzaqlaşaraq özünü ailəsinə həsr etmişdi. Lakin o, 1999-cu ildə yenidən çəkilişlərə qayıtmış, sonrakı 12 ildə 4 filmə çəkilmişdi.

O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynamışdı.

>

2013-cü ildə Hindistanın "Padma Şri" dövlət mfkafatı ilə təltif olunub.

Hindistan prezidenti Ram Nath Kovind aktrisanın ailəsinə başsağlığı verib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR