idman
Marsial \"Manchester United\"dən gedə bilər
"Manchester United"in hücumçusu Antoni Marsial yayda klubunu dəyişə bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı futbolçunun agenti dekabrda rəhbərliklə görüşüb. Marsiala 2019-cu ilin yayında başa çatacaq müqaviləsini yeniləmək təklif ediləcəyi gözlənilsə də, bu baş verməyib. 22 yaşlı forvard "United"də lazımi qiyməti görmədiyini düşünür. Aleksis Sançezin transferindən sonra Marsialla yeni anlaşma üzrə danışıqlar müvəqqəti dayandırılıb. Bundan sonra futbolçu, hətta Mançester şəhərində ev almaq fikrindən də daşınıb. Onunla "Tottenham", "İnter" və "Real Madrid" maraqlanır. "Real" Marsialı Qaret Beylin komandadan ayrılacağı təqdirdə heyətinə qatmağa çalışacaq.
XalqTV.com
>RƏYLƏR