idman
Gənc qapıçı kuryoz qol buraxdı
Almaniyanın 2-ci Bundesliqasında keçirilən "Duisburg" - "Ingolstadt" (2:1) qarşılaşmasında kuryoz qol qeydə alınıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Duisburg"un qolkiperi Mark Flekken su içdiyi vaxt qapısında qol görüb. O, komandası hücumda olarkən torun yanında olan butulkadan su içmək qərarına gəlib. Qəfildən topu alan rəqib sürətli əks-hücum təşkil edib. 25yaşlı Flekkenin komanda yoldaşı başqa topu ona ötürsə də, qapıçı bunu görməyib. Topa çatan Ştefan Kuçke çətinlik çəkmədən onu tora göndərib.
XalqTV.com
>RƏYLƏR