Şou Bİznes

“33 yaşımda ərə getdim, gecikmişəm”

  • 24 Feb 2018
  • 1483 baxış

“Ailə qurmaq üçün gecikdim. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür”.

Xalqtv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Gülyanaq Məmmədova “Virtual Həyat” verilişinə qonaq olarkən deyib. 

Xanəndə həyat yoldaşının bəzən bezib deyinməsindən danışıb:

“Çox tərifləyəndə deyirlər ki, nə qədər tərif olar. Elə deyil, hər ailədə söz-söhbət yaranır. Mənim də ailəmdə belə olur. Bir gündə beş işimin arxcasınca gedə bilmərəm. Həyat yoldaşm məni nə qədər aparsın, gətirsin, gözləsin? Çox vaxt işlər yığılır qalır. O da insandır, əsəbləri var. Daha sonra deyinməyə başlayır”. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR