Hadisə

Qusarda itkin düşmüş qadın TAPILDI

  • 24 Feb 2018
  • 1301 baxış

Qusarda itkin düşən şəxs tapılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Xalqtv.com xəbər verir ki, Lent.az-a verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

 

 Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 21 fevral 2018-ci il tarixdə axşam saatlarında Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR