idman

Dopinqdə "ilişən" futbolçunun cəzası açıqlandı

  • 23 Feb 2018
  • 2176 baxış

Keçən il dopinqdə "ilişən" "Şaxtyor"un futbolçusu Dario Srna ilə bağlı yekun qərar verilib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi bu ilin avqust ayına qədər diskvalifikasiya olunub.

Qərarı Ukrayna Milli Antidopinq Mərkəzi qəbul edib.

>

Günahını boynuna alan Srna sentyabrın 22-də "Şaxtyor"un heyətində məşqləri dayandırıb. Onun cəzası avqustun 22-də bitəcək. Lakin reqlamentə əsasən, Srna iki ay əvvəl, yəni iyunun 22-dən "Şaxtyor"da məşqlərə başlaya biləcək.  

Qeyd edək ki, mayda 36 yaşını tamamlayacaq Dario Srna 2003-cü ildən "Şaxtyor"un üzvüdü. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR