Hadisə

​Atasını müdafiə etmək istəyən oğul bıçaqlandı

  • 22 Feb 2018
  • 1581 baxış

Qaxda 28 yaşlı gənc bıçaqlanıb. Atasını başqa bir şəxsin təhqir etdiyini görən gənc mübahisəyə qarışıb. Amma onun bu müdaxiləsi qanı bahasına başa gəlib.

Xalqtv.com ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Qaxın Nizami parkı ərazisində baş verib. Mübahisə zəminində Qax sakini, 28 yaşlı Nüsrət Hilal oğlu Əliyev bıçaqlanıb.

Teymur Abdurrahmanov (hadisə şahidi): "Çevrildim gördüm ki, mübahisə edirlər. Oğlu da eşidib getdi ki, sən kimə söyürsən. Böyrünə bıçaq vurdu. Mən də kömək etdim. Gətirdim xəstəxanaya".

Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Hadisəni Rüfət adlı şəxsin törətdiyi bildirilir. O, keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR