idman

Stankoviç \"Səbail\"ə qarşı oynayacaqmı?

  • 22 Feb 2018
  • 268 baxış

Ölkə çempionatının XVII turunda "Səbail"in qonağı olacaq "Qəbələ"də iki futbolçu sıraya dönüb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, söhbət müdafiəçilər - Vojislav Stankoviç və İlqar Qurbanovdan gedir.

Stankoviç zədəli olduğu üçün ötən tur "Zirə" ilə oyunda komandasına kömək edə bilməmişdi. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməmişdi. Serbiyalı futbolçu bu problemi geridə qoyub. Kollektivlə məşqlərə qatılan Stankoviç "Səbail"lə matçda meydana çıxmağa hazırdı.

>

İlqar Qurbanov isə səhhəti ilə bağlı problem yaşadığı üçün məşqlərdən uzaq düşmüşdü. Ancaq 32 yaşlı futbolçu srağagündən etibarən baş məşqçi Roman Qriqorçukun ixtiyarındadı.

Əvəzində AFFA-nın İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılan Qismət Alıyev və Cavid Hüseynov paytaxt səfərində komandalarına kömək edə bilməyəcəklər. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR