MOİK 1/8-də
Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün 1 görüş keçirildi. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, MOİK "Srvena Zvezda"nı qəbul etdi.
15 ildən çoxdu avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, şanslar bərabər göstərilirdi. Təbii ki, "Srvena Zvezda"nın səfərdə vuracağı hər qol rusiyalılar üçün 2 topa bərabər olacaqdı.
Lakin həm heyət, həm də təcrübə baxımından daha üstün olan MOİK cütlüyün favoriti idi. 2004-05 mövsümündə bu kuboku muzeyinə aparan "hərbçilər" Avropa Liqası ilə erkən vidalaşmaq niyyətində deyildilər.
UEFA Avropa Liqası
1/16 final mərhələsi (cavab oyunu)
21 fevral
MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0
>Qol: Dzaqoyev, 45+1
Baş hakim: Jorje Souza (Portuqaliya)
"VEB Arena", Moskva
İlk oyun - 0:0
Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.
XalqTV.com