idman
İslamiadanın qalibində dopinq tapıldı - FOTO
Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.
XalqTV.com Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, xanım idmançı Yekaterina Sariyevadır. O, 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Qərar ötən ilin 23 sentyabından etibarən qüvvəyə minib.
>Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada III İslam Həmrəyliyi Oyunlarında qızıl, IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.
XalqTV.com
RƏYLƏR