Siyasət

Kaspşik cəbhədəki yoxlamalardan danışdı

  • 21 Feb 2018
  • 386 baxış

"ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin qrupunun genişləndirilməsi Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinqlərin keçirilməsi tezliyini artırmağa imkan yaradacaq".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan KİV-lərinə müsahibədə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

O, həmçinin əlavə edib ki, bu addım ön xətdə gərginliyin azaldılmasına və sabitliyin artırılmasına kömək edəcək etimadın yüksəldilməsi üzrə tədbir qismində nəzərdən keçirilə bilər.

A.Kaspşik deyib: "Mən ön cəbhədə gərginliyi və qurbanların sayını azaldan istənilən addımı dəstəkləyirəm".

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR