Hadisə

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır yaralandı

  • 21 Feb 2018
  • 8331 baxış

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. 

Xalqtv report-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR